"Qəbələ" 1-ci Liqaya xal itkisi ilə başladı, MOİK evdə uduzdu

"Qəbələ" 1-ci Liqaya xal itkisi ilə başladı, MOİK evdə uduzdu

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

18 ildən sonra 1-ci Liqaya qayıdan "Qəbələ" doğma meydanda xal itirib.

İddial MOİK isə evdə "Mingəçevir"ə uduzub.

Turun əvvəlki görüşlərində "Karvan" "Qaradağ Lökbatan"ı (1:0), "Cəbrayıl" "Difai"ni (1:0), "Baku Sportinq" "İmişli"ni məğlub edib.


Azərbaycan 1-ci Liqası. 1-ci tur


MOİK - "Mingəçevir" 1:2

Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Lökbatan OİK stadionu.



"Qəbələ" - "Zaqatala" 0:0

Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Qəbələ şəhər stadionu.