1-ci Liqa: "Şamaxı"dan vacib qələbə, Zaqatalada "sülh" bağlandı

1-ci Liqa: "Şamaxı"dan vacib qələbə, Zaqatalada "sülh" bağlandı

Azərbaycan 1-ci Liqasında 20-ci turun görüşləri başa çatıb.

Mediasport.az xəbər verir ki, üçüncü - sonuncu oyun günündə 2 matç keçirilib.

Çempionluğa namizəd komandaların duelində MOİK evdə "Şamaxı"ya uduzub.

Zaqatalada isə "sülh" qeydə alınıb.

Turun buna qədər keçirilən oyunlarında "İmişli" "Mingəçevir"i, "Qaradağ Lökbatan" "Difai Ağsu"nu, "Araz Saatlı" "İrəvan"ı məğlub edib.

Azərbaycan 1-ci Liqası. 20-ci tur

3 aprel

"Mingəçevir" - "İmişli" 0:1

Qol: Elnur Cəfərov, 90+3.

Qırmızı vərəqə: Gilyerme Silva, 80.

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

4 aprel

"Difai Ağsu" - "Qaradağ Lökbatan" 1:2

Qollar: İlham Allahverdiyev, 41 (penalti) - Seyxan Fərəcov, 2 (penalti); Mikel Badejo, 68.

Şamaxı şəhər stadionu.

"İrəvan" - "Araz Saatlı" 1:4

Qollar: Fərid Kərimzadə, 89 - Ravil Yusifli, 15 (penalti); 76; Lamin Çam, 37; Rəvan Əvəzov, 45+3.

Qırmızı vərəqə: Bəşir Ayralov, 50.

"ASK Arena".

5 aprel

"Zaqatala" - "Karvan" 1:1

Qollar: Rəhman Şabanov, 76 - Akif Tağıyev, 24

Qırmızı vərəqə: Akif Tağıyev, 54 ("Karvan").

Zaqatala OİK stadionu.

MOİK - "Şamaxı" 0:1

Qol: Roman Hüseynov, 13 (penalti).

Binə qəsəbə stadionu.


1 Qaradağ Lökbatan 20 12 6 2 35-14 42
2 İmişli 20 11 6 3 29-11 39
3 Şamaxı 20 10 8 2 41-16 38
4 MOİK 20 11 5 4 40-20 38
5 Karvan 20 8 5 7 25-25 29
6 Zaqatala 20 5 8 7 25-26 23
7 İrəvan 20 7 2 11 21-38 23
8 Mingəçevir 20 6 3 11 15-29 21
9 Difai Ağsu 20 3 4 13 20-36 13
10 Araz Saatlı 20 3 1 16 22-58 10



Bombardirlər:

Elşad Tağıyev ("Şamaxı") - 12 qol

Elmir Rəhimzadə (MOİK) - 12 qol

Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 10 qol

Emin Zamanov ("Şamaxı") - 9 qol

Xəzər Mahmudov ("İmişli") - 7 qol