"Zirə"nin daha bir futbolçusu aşağı liqa klubunda oynayacaq - RƏSMİ
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Mingəçevir" heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi "Zirə"nin futbolçusu Taleh Fərmanovu transfer edib.
21 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.
Mingəçevir klubu 10 komandalı çempionatda 13 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Zirə"nin bugünlərdə başqa bir futbolçusu - müdafiəçi Zahir Mirzəzadə 2-ci Liqada yarışan "Cəbrayıl"a keçib.