"Zirə"nin Moldova klubu ilə oyununa 3 mindən çox bilet satılıb
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda keçiriləcək "Zirə" - "Şerif" (Moldova) oyununa satılan bilet sayı açıqlanıb.
Bu barədə Mediasport.az saytına qəsəbə təmsilçisindən məlumat verilib.
Sabah "Dalğa Arena"da baş tutacaq qarşılaşmaya 3000-dən çox bilet satılıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 2, 5, 10 və 20 manatdır.
Xatırladaq ki, Mərdəkanda yerləşən stadionun tamaşaçı tutumu 6500 yerlikdir.
Matç saat 20-da başlanacaq, ilk dueldə "qartallar" 1:0 hesablı qələbə qazanıblar.