"Frayburq" Bakıya çatdı

"Frayburq" Bakıya çatdı

"Frayburq" Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.

mediasport.az xəbər verir ki, Almaniya klubu artıq Bakıya gəlib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kristian Ştrayxın rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxdıqdan sonra otelə gedəcək.

"Qarabağ" - "Frayburq" qarşılaşması sabah saat 21:45-də start götürəcək.