Zona birinciliyinin final mərhələsi: 56 komandanın üzvləri yarışacaq

Zona birinciliyinin final mərhələsi: 56 komandanın üzvləri yarışacaq

Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi başlanacaq.

Mediasport.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Yarışda 56 komandanın 220 boksçusu gücünü yoxlayacaq.

Final mərhələsi mayın 26-da başa çatacaq. Döyüşlər bu gün saat 14:00-da start götürəcək.