1-ci Liqada oynayacaq Azərbaycan klubu İspaniyadan futbolçu gətirdi

1-ci Liqada oynayacaq Azərbaycan klubu İspaniyadan futbolçu gətirdi

Yeni mövsümdən 1-ci Liqada mübarizə aparacaq "İrəvan" heyətini gücləndirib.

MediaSport.az saytına verilən məlumata görə, sabiq "Xəzər Lənkəran"lı Elbrus Məmmədovun baş məşqçisi olduğu komanda son mövsümü İspaniyanın aşağı liqa təmsilçisi “Marina de Luanko”da keçirmiş Nazim Məmmədzadə ilə anlaşıb.

Yeni mövsümdə iddialı olmağı hədəfləyən klub 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb.

"Neftçi"nin yetirməsi Şimali Makedoniyada "Renova"nın formasını geyinib. Nazim İspaniyada həvəskar "Moralo"da da çıxış edib.