Sabiq "Neftçi"li Afrikaya getdi

Sabiq "Neftçi"li Afrikaya getdi

“Neftçi”nin sabiq futbolçusu Edson Kastilyonun yeni komandası müəyyənləşib.

MediaSport.az xəbər verir ki, venesuelalı yarımmüdafiəçi Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubuna keçib.

Venesuelalı futbolçu afrikalılarla 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 29 yaşlı Kastilyo "ağ-qaralar"ın heyətində 2016-2017-ci illər mövsümündə çıxış edib və 20 oyun keçirib.