Azərbaycanın sərbəst güləşçisi 1/4 finalda məğlub oldu - Paris-2024

Azərbaycanın sərbəst güləşçisi 1/4 finalda məğlub oldu - Paris-2024

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Mediasport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda San Marino güləşçisi Maylz Aminə məğlub olub.

16:14 hesabı ilə qələbə qazanan rəqib adını yarımfinala yazdırıb.

Amin finala çıxa bilsə, Osman üçün bürünc medal qazanmaq imkanı yaranacaq.

Qeyd edək ki, bu gün mübarizəyə başlayan sərbəst güləşçimiz Əiabbas Rzazadə (57 kq) isə startda uduzub.