Azərbaycan taekvondoçusunun olimpiada rəqibi müəyyənləşdi

Azərbaycan taekvondoçusunun olimpiada rəqibi müəyyənləşdi

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun ilk rəqibi məlum olub.

Mediasport.az xəbər verir ki, 58 kq çəkidə yarışacaq idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

Maqomedov debütdə İrlandiya taekvondoçusu Cek Uolleylə qarşılaşacaq. Görüş sabah Bakı vaxtı ilə saat 13:48-də başlanacaq.