Azərbaycanın daha bir bayraqdarı Paris-2024-lə erkən vidalaşdı

 Azərbaycanın daha bir bayraqdarı Paris-2024-lə erkən vidalaşdı

Azərbaycanın daha bir idmançısı Paris-2024 Yay Olimpiya Oyunları ilə erkən vidalaşıb.

Mediasport.az xəbər verir ki, boksçumuz Məhəmməd Abdullayev (+92 kq) ilk görüşündə Nelvi Tiafaka (Almaniya) məğlub olaraq mübarizəni dayandırıb.

Komandamızın bayraqdarı zəif çıxışı ilə yadda qalıb və 0:5 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı qeydə alınıb.

Xatırladaq ki, komandamızın digər bayraqdarı - cüdoçu Gültac Məmmədəliyeva da ilk qarşılaşmasında uduzub.