Daha bir idmançımız Parisdə Paralimpiya çempionu oldu

Daha bir idmançımız Parisdə Paralimpiya çempionu oldu

Azərbaycanın daha bir idmançısı Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, atletimiz Səid Nəcəfzadə uzunluğa tullanma növündə bütün rəqiblərini qabaqlayıb.

T12 kateqoriyasında yarışan təmsilçimiz 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Xatırladaq ki, daha əvvəl parataekvondoçular İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medal, üzgüçü Raman Saley isə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda gümüş  medal əldə edib.