Azərbaycan çempionatında bu oyuna külli miqdarda pul qoyuluşu edilib - NÖVBƏTİ QALMAQAL
Azərbaycan futbolunda növbəti danışılmış oyun "radar"a düşüb.
Mediasport.az xəbər verir ki, bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.
Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri "SportRadar" şirkətindən siqnal aldıqlarını çatdırıb:
"Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlıə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK - "Difai Ağsu" matçından gedir. Bu oyunda 4 qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək".
Maraqlıdır ki, görüşdə məhz 4 qol qeydə alınıb və bütün qollar 50-ci dəqiqədən sonra vurulub.
"Hərbçilər" 3:1 hesablı qələbə qazanıblar.