1.5 milyon izləyicisi olan məşhur səhifə Qurban Qurbanov və "Qarabağ" haqda: "Son bir şarkı..."

1.5 milyon izləyicisi olan məşhur səhifə Qurban Qurbanov və "Qarabağ" haqda: "Son bir şarkı..."

UEFA Çempionlar Liqasının cari raundunda qalan türk dünyasının yeganə təmsilçisi "Qarabağ" bu gün pley-off mərhələsinin cavab matçı çərçivəsində "Dinamo" (Zaqreb) ilə həyati əhəmiyyətli görüşə çıxacaq.

Mediasport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin liqa mərhələsinə yollanmağı hədəfləyən Azərbaycan çempionunun xorvatlarla qarşılaşması, ötən həftə olduğu kimi, bu axşam da Türkiyə telekanalı vasitəsilə canlı yayımlanacaq.

Matç Türkiyənin dövlət kanalı "TRT Spor"da canlı təqdim ediləcək.

Təkcə instaqramda 1.5 milyon izləyicisi olan nüfuzlu "Spor" səhifəsi bir neçə ildir dünyanın əksər idman saytları-nəşrlərinin maraq dairəsində olan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və komandamızla bağlı maraqlı paylaşım edib.

"Son bir şarkı..." başlıqlı paylaşım izləyicilərin böyük dəstəyini qazanıb, şərh yazanlar "Qarabağ"a uğurlar arzulayıblar.

Xatırladaq ki, "köhlən atlar" ilk dueldə rəqibə 0:3 hesabı ilə uduzublar.

Rövşən ƏLİSOY