Bakı klubu Portuqaliyadan 2 yarımmüdafiəçi transfer etdi - RƏSMİ

Bakı klubu Portuqaliyadan 2 yarımmüdafiəçi transfer etdi - RƏSMİ

Transfer çalışmalarını davam etdirən "Səbail" iki portuqaliyalı futbolçu transfer edib.

MediaSport.az xəbər verir ki, "dənizçilər" Pedro Nuno və Valdemar Almeyda-Pananın keçidini açıqlayıb.

Hər iki yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Bayıl təmsilçisi indiyədək Yusif Nəbiyev ("Kəpəz"), Süleyman Əhmədov, Rüfət Abdullazadə (hər ikisi "Sumqayıt"), Səlahət Ağayev ("Qəbələ"), Coşqun Diniyev ("Zirə"), Bahadur Həziyev ("Şamaxı"), Amil Yunanov ("Sumqayıt") və Nir Bardea ("Bney Rayna", İsrail) ilə güclənib.