Avropa çempionatı: 2 qadın güləşçimiz "bürünc" qazana bilər
Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilərin mübarizəsinə start verilib.
50 kq, 55 kq, 59 kq, 68 kq və 76 kq-da medal uğrunda görüşlərin və təsəlliverici mərhələnin iştirakçıları müəyyənləşib.
Azərbaycan millisi bu kateqoriyalardan üçündə təmsil olunub. Güləşçilərimizin startda uduzduğu rəqibləri finala vəsiqə qazandığı üçün 2 idmançımız bürünc medal şansını davam etdirəcək.
50 kq-da Şəhanə Nəzərova və 59 kq-da Ruzanna Məmmədova sabah təsəlliverici görüşə çıxacaq.
55 kq-da təmsilçimiz Gültəkin Şirinova isə medal qazannmaq şansını itirib.