Murad Əhmədiyevdən gümüş medal

Murad Əhmədiyevdən gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində gümüş medal qazanıb.

MediaSport.az xəbər verir ki, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçimiz ikinci yeri tutub.

Bu gün Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.