Elnurə və Jalə üçün çempionluq, Mərziyə üçün bürünc medal şansı
Azərbaycanın güləş üzrə U-23 milli komandasının 3 üzvü bu gün Bakıda keçirilən Avropa çempionatında medal görüşlərinə çıxacaq.
Mediasport.az xəbər verir ki, onlardan ikisi qitə çempionu ola bilər.
Qeyd edək ki, Azərbaycan qadın güləşçilərindən Ruzanna Məmmədova (59 kq) ötən gün bürünc medal qazanıb.
Medal görüşləri saat 18:00-da başlanacaq və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.
Avropa çempionatı. Qadın güləşi
53 kq: Elnurə Məmmədova finalda ukraynalı Liliya Malançukla qarşılaşacaq.
57 kq: Jalə Əliyeva qızıl medal qazanmaq üçün Elvira Kamaloğlunu (Türkiyə) məğlub etməldiri.
72 kq: Mərziyə Sadıqova isə bürünc medal görüşündə Bukrenaz Sertlə (Türkiyə) üz-üzə gələcək.