Maqomedov DÇ-nin finalında, Hacı Əliyev medal şansını itirib

Maqomedov DÇ-nin finalında, Hacı Əliyev medal şansını itirib

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala çıxıb.

Mediasport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda Gürcüstan təmsilçisi Givi Maçaraşvilini böyük fərqlə məğlub edib.

Qızıl medal şansı əldə edən Maqomedov həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, güləş yığmalarımızın dördilliyin zirvə yarışına qazandığı ilk vəsiqədir.

65 kq çəkidə yarışan təmsilçimiz Hacı Əliyev isə mundialda medal qazanmaq şansını itirib. Dünya və Avropa çempionumuzun 1/4 finaldakı rəqibi Vazgen Tevanyan finala çıxa bilmədiyi üçün təmsilçimiz təsəlliverici görüşlərə qatıla bilməyəcək.