Lopetegini Sampaoli əvəzlədi

Lopetegini Sampaoli əvəzlədi

"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib.

 MediaSport.az xəbər verir ki, Əndəlus təmsilçisini Xorxe Sampaoli çalışdıracaq. Məlumatı La Liqa klubunun mətbuat xidməti yayıb.

Argentinalı mütəxəssislə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Son iş yeri "Marsel" olan Xorxe Sampaoli "Sevilya"nın baş məşqçisi postunda Xulyen Lopetegini əvəz edib.