"Arsenal"da köklü dəyişikliklər olacaq: Bu 15 futbolçu göndərilir - SİYAHI

"Arsenal"da köklü dəyişikliklər olacaq: Bu 15 futbolçu göndərilir - SİYAHI

Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümün böyük hissəsini birinci pillədə keçirən "Arsenal"da bu yay köklü dəyişikliklər reallaşacaq.

mediasport.az xəbər verir ki, illərdi çempionluq həsrətinə son qoymağa bu mövsüm yaxın olan, lakin ideal şansı qaçıran Mikel Artetanın komandasından 15 futbolçu göndəriləcək.

"Football London" nəşrinin yaydığı xəbərə inansaq, mövsümün sonunda komandanı bir neçə əsas sima ilə yanaşı, heyətə düşə bilməyən bəzi futbolçular da tərk edəcəklər - Qranit Caka, Tomas Parti, Rob Holdinq, Emil-Smit Rou, Nikolya Pepe, Eynsli Meytlənd-Naylz, Kiran Tirni, Nunu Tavareş, Sedrik Soareş, Riss Nelson, Çarli Platino, Folarin Baloqun, Pablo Mari, Albert Sambi Lokonqa.