Sommer karyerasını başa vurub

  Sommer karyerasını başa vurub

İsveçrə milli komandasının qapıçısı Yan Sommer yığmadakı karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, dəri əlcək sahibi öncə bu haqda rəsmi "Instagram" hesabında məlumat verib.

Daha sonra İsveçrə Futbol Assosiasiyası rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Sommer millidə bütün turnirlər daxil olmaqla 94 oyuna çıxıb, 92 qol buraxıb və 35 dəfə qapısını toxunulmaz saxlayıb.