İspaniya və İtaliyadan sürprizlər, "Qarabağ"ın rəqibi zirvədə - SİYAHI

İspaniya və İtaliyadan sürprizlər, "Qarabağ"ın rəqibi zirvədə - SİYAHI

Cari mövsüm Avropanın TOP-10 liqasında mübarizə aparan və bütün turnirlər daxil olmaqla, ən az məğlubiyyət yaşayan komandaların adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" məğlub olmayan yeganə kollektivdir.

10 komandanın yer aldığı siyahıda İspaniya və İtaliyadan sürpriz komandalar yer alıb, Türkiyə təmsilçisi "Fənərbağça" sonuncu pillədə qərarlaşıb, İngiltərə Premyer Liqasından isə heç bir klubun adına rast gəlinməyib.

Cari mövsüm ən az məğlubiyyət yaşayan komandalar:

"Bayer" (Almaniya) - 25 oyun, 22 qələbə, 3 bərabərlik

PSV (Niderland) - 27 oyun, 22 qələbə, 4 bərabərlik, 1 məğlubiyyət

"Real" (İspaniya) - 23 oyun, 19 qələbə, 3 bərabərlik, 1 məğlubiyyət

"Jirona" (İspaniya) - 19 oyun, 16 qələbə, 2 bərabərlik, 1 məğlubiyyət

"Yuventus" (İtaliya) - 16 oyun, 11 qələbə, 4 bərabərlik, 1 məğlubiyyət

"İnter" (İtaliya) - 23 oyun, 16 qələbə, 5 bərabərlik, 2 məğlubiyyət

"Anderlext" (Belçika) - 20 oyun, 12 qələbə, 6 bərabərlik, 2 məğlubiyyət

"Bolonya" (İtaliya) - 19 oyun, 10 qələbə, 7 bərabərlik, 2 məğlubiyyət

"Nitsa" (Fransa) - 17 oyun, 10 qələbə, 5 bərabərlik, məğlubiyyət

"Fənərbağça" (Türkiyə) - 28 oyun, 24 qələbə, 1 bərabərlik, 3 məğlubiyyət


Rövşən