2022/2023-cü illər mövsümündə 90 dəfə VAR-a müraciət olunub
2022/2023-cü illər mövsümündə Azərbaycan Premyer Liqası və ölkə kubokunda keçirilmiş 190 oyunda 90 dəfə Video Köməkçi Hakim (VAR) müdaxiləsi olub.
Mediasport.az xəbər verir ki, bunu Hakimlər Komitəsinin sədri Barış Şimşək idman jurnalistləri üçün təşkil olunan seminarda bildirib.
Türkiyəli mütəxəssisin sözlərinə görə, bunlardan 66-da baş hakim özü epizoda baxıb, 24-də isə VAR-dan qərar gəlib.
Barış Şimşək ədalət təmsilçilərinin 16 dəfə VAR-da səhv qərar qəbul etdiklərini vurğulayıb və 19 dəfə lazım olduğu halda, VAR-ın müdaxilə etmədiyini deyib.