"Araz-Naxçıvan"ın qapıçısı 4 oyunluq diskvalifikasiya edildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda Premyer Liqa klublarının cəzaları açıqlanıb.
26-cı turun “Kəpəz” - “Neftçi” oyununda meydan sahibi klubun azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.
Turun “Turan Tovuz” - “Araz-Naxçıvan” oyununda ev sahibləri 6 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ziyana düşüblər.
“Araz-Naxçıvan” da sarı vərəqə alan 4 futbolçusuna görə 700 manat cərimə ödəyəcək.
Matçın 78-ci dəqiqəsində qapıçı Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, Naxçıvan təmilçisi isə 3000 manat cərimələnib.