Kamal Umudlu Avropa Konfrans Liqası oyununu idarə edəcək
FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat təyinat alıb.
Mediasport.az xəbər verir ki, təmsilçimiz Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Vlajniya" (Albaniya) - "Valur" (İslandiya) matçını idarə edəcək.
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
Görüş iyulun 18-də Albaniyada baş tutacaq.