2024-cü ildə reallaşan ən bahalı transferlər: "Barsa" 1-cidir - SİYAHI

2024-cü ildə reallaşan ən bahalı transferlər: "Barsa" 1-cidir - SİYAHI

Cari mövsüm qış "transfer pəncərəsi"ndə reallaşan ən bahalı futbolçu transferlər məlum olub.

Mediasport.az xəbər verir ki, zirvədə "Atletiko Paranaense"ni "Barselona"ya dəyişən braziliyalı forvard Vitor Roke qərarlaşıb.

İkinci pillədə Markos Leonardo, üçüncü sırada isə Ceydon Sanço yer alıb.

Qış "transfer pəncərəsi"ndə reallaşan ən bahalı transferlər:

1. Vitor Roke ("Atletiko Paranaense"dən "Barselona"ya) - 40 milyon avro

2. Markos Leonardo ("Santos"dan "Benfika"ya) - 25 milyon avro

3. Ceydon Sanço ("Mançester Yunayted"dən Dortmund "Borussiya"sına) - 25 milyon avro

4. Elif Elmas ("Napoli"dən "Leypsiq"ə) - 24 milyon avro

5. Yan Matsen ("Çelsi"dən Dortmund "Borussiya"sına) - 20 milyon avro

6. Radu Draquşin ("Cenoa"dan "Tottenhem"ə) - 20 milyon avro

7. Timo Verner ("Leypsiq"dən "Tottenhem"ə) - 17 milyon avro

8. Lukas Beraldo ("San-Paulu"dan PSJ-yə) - 15 milyon avro

9. Fabio Karvalyo ("Liverpul"dan "Hall Siti"yə) - 14 milyon avro

10. Nikolas De La Kruz ("River Pleyt"dən "Flamenqo"ya) - 14 milyon avro

Rövşən

Mənbə: "Transfermarkt"