25 cüdoçumuzdan yalnız 6-sı medal qazandı - Böyük Dəbilqə yekunlaşdı

25 cüdoçumuzdan yalnız 6-sı medal qazandı - Böyük Dəbilqə yekunlaşdı

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışına yekun vurulub.

mediasport.az xəbər verir ki, ümumilikdə 25 idmançı ilə təmsil olunan Azərbaycan cəmi 6 medal qazanıb.

Son yarış günündə yığmamızın 12 cüdoçusu tatami üzərinə çıxsa da, yalnız bir medalla kifayətləniblər. 100 kq çəkidə yarışan Zelim Kotsoyev bütün rəqiblərindən üstün olub.

Beləcə, ölkəmiz turniri 6 medalla başa vurub. Milli komandamızın heyətində yarışın əvvəlki 2 günündə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.