Azərbaycan idmançısı İmaməddin Xəlilov Avropa çempionu oldu

Azərbaycan idmançısı İmaməddin Xəlilov Avropa çempionu oldu

Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında medal qazanıb.

mediasport.az xəbər verir ki, 70 kq çəkidə yarışan İmaməddin Xəlilov (K 44) bütün rəqiblərini üstələyərək Avropa çempionu olub.

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində 10 medal əldə ediblər.

Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) və Amin Şıxalıyev (63 kq, taekvondo) bürünc mükafata sahib çıxıblar.