Azərbaycanlı parataekvondoçu Cənubi Koreyada finala yüksəlib

  Azərbaycanlı parataekvondoçu Cənubi Koreyada finala yüksəlib

Azərbaycanın daha bir parataekvondoçusu Çxunçxon şəhərində keçirilən Koreya Açıq Beynəlxalq Turnirində finala yüksəlib.

Mediasport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan İmaməddin Xəlilov 1/8 finalda qazaxıstanlı rəqibini üstələyib.

İdmançı 1/4 finalda və yarımfinalda özbəkistanlı rəqiblərini məğlub edərək həlledici görüşə adını yazdırıb.