Parisdən 3 medal

Parisdən 3 medal

Azərbaycan parataekvondoçuları Fransanın paytaxtı Parisdə keçirilən Qran-pridə 3 medal əldə ediblər.

Mediasport.az xəbər verir ki, təmsilçilərimiz G6 kateqoriyalı yarışı yarımfinalda uduzmaqla üçüncü pillədə başa vurublar.

Sabir Zeynalov (58 kq) türkiyəli, İmaməddin Xəlilov (70 kq) argentinalı, Əbülfəz Abuzərli (80 kq) isə cənubi koreyalı rəqibinə məğlub olub.

Qeyd edək ki, hər üç parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayıb.