Parataekvondoçularımız Niderlanddan Koreyaya yollandılar
Niderlandda keçirilən Avropa paralimpiya çempionatında uğurlu çıxış edən Azərbaycan parataekvondoçuları Rotterdamdan birbaşa Cənubi Koreyaya yollanıblar.
mediasport.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komanda Çunçon şəhərində G4 kateqoriyalı açıq dünya çağırış yarışında iştirak edəcək.
Turnirdə Azərbaycan 3 parataekvondoçu ilə təmsil olunacaq. 40 xal verəcək yarışda Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizəyə qoşulacaq. Hər 3 parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayacaq.
Qeyd edək ki, yığma Avropa paralimpiya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.