Marçin Çebula "Qarabağ"a xəbər göndərdi: "Biz də Polşa çempionuyuq"
Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşanın “Rakuv” klubunun futbolçusu Marçin Çebula Azərbaycan çempionu ilə oyunlar haqda danışıb.
MediaSport.az xəbər verir ki, polşalı yarımmüdafiəçi komandamızın keçilməz olmadığını deyib.
Çestoxova klubunun 28 yaşlı üzvü təmsilçimizə qarşı yüksək səviyyədə hazırlaşmalı və oynamall olduqlarını bildirib:
“Rəqibimizi tanıyırıq, qışda “Qarabağ”la yoxlama görüşü keçirmişdik. Onların necə komanda olduqlarını az-çox bilirik. Biz də Polşa çempionuyuq. Azərbaycan komandası əlçatmaz deyil. Bu matçlarda meydana kim çıxır-çıxsın, sona qədər mübarizə aparacaq”.
Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da səfərdə, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.