"Neftçi"nin transfer etmək istədiyi forvard Çin klubunda oynayacaq
Qış transfer dönəmində "Neftçi"nin heyətə qatmaq istədiyi Andrea Kompanyonun yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, italiyalı hücumçu karyerasını Çində davam etdirəcək.
28 yaşlı forvard "Tianjin Tayger" klubu ilə 1,5 illik müqaviləyə qol çəkib.
Apenninlinin son klubu Rumıniya nəhəngi "Styaua" olub.