BOS-u gəzən BBF-in prezidenti AFFA-nın baş katibi ilə görüşdü - FOTOLAR
Dünən “Azersun Arena”da keçirilən Konfrans Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyununu izləyənlər arasında Belarus Futbol Federasiyasının (BBF) prezidenti Nikolay Şerstnyov da olub.
MediaSport.az xəbər verir ki, qurumun rəhbəri səfər zamanı Bakı Olimpiya Stadionunda olub, AFFA rəhbərliyi ilə işgüzar görüş keçirib.
O, federasiyanın baş katibi Sərxan Hacıyevlə bir araya gəlib. Görüşdə hər iki qurum arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. BBF rəhbəri qonaqpərvərliyə və qarşılaşmanın yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Görüşdə BFF-nin vitse-prezidenti Andrey Vasileviç və baş katibi Sergey Jardeçki də olub.