32 illik kubok tarixində REKORD: 1/4 final məhsuldarlığı ilə seçilib
Cari mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsi məhsuldarlığı ilə diqqət çəkib.
Mediasport.az xəbər verir ki, baş tutan həm ilk, həm də cavab oyunlarında ümumilikdə 32 qol vurulub.
Bu, yarışın 32 illik tarixində mütləq rekorddur.
Buna qədər rekord 2015/16-cı illər mövsümündə gerçəkləşib: həmin vaxt 4 cütdə 29 qol vurulub.
"Rəvan" "İnter"lə (2:1, 0:3), "Qarabağ" "Sumqayıt"la (2:0, 4:1), "Xəzər Lənkəran" "Neftçi" ilə (3:2, 0:2), "Zirə" "Qəbələ" ilə (1:2, 1:5) qarşılaşıb.
2023/24-cü illər mövsümündə isə 1/4 finalda "Sabah" - "Qarabağ" (1:7, 4:3), "Sumqayıt" - "Neftçi" (2:3, 1:1), "Səbail" - "Zirə" (1:2, 0:3) və "Araz-Naxçıvan" - "Qəbələ" (1:1, 0:2) duelləri baş tutub.