"Qarabağ" Çempionlar Liqası üçün bu futbolçuları sifariş etdi - SİYAHI

"Qarabağ" Çempionlar Liqası üçün bu futbolçuları sifariş etdi - SİYAHI

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin Cəbəllütariqin “Linkoln” klubu ilə oyunları üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. 

MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov iştirak ərizəsinə 24 futbolçu daxil edib.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev

Yarımmüdafiəçilər: Qara Qarayev, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Riçard Almeyda, Abdella Zubir, Adama Diakabi, Leandro Andrade, Redon Cica,  Toral Bayramov

Hücumçular: Hamidu Keyta, Juninyo

Xatırladaq ki, “Linkoln” – “Qarabağ” qarşılaşması iyulun 11-də Cəbəllütariqdəki “Viktoriya” stadionunda keçiriləcək və saat 19:30-da başlanacaq.