Mutu: "Düşünürəm ki, qarşıya qoyulan məqsədlərə çata bilərik"

Mutu: "Düşünürəm ki, qarşıya qoyulan məqsədlərə çata bilərik"

"Çətin oyun oldu, amm üç xalı qazandıq. Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq. Çox qol epizodu yaratmağı bacardıq".

Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı çalışdırıcı Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qəbələ" (2:0) ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sol cinah müdafiəçisi transfer etməyi planlaşdırırsız?

- Düşünmürəm ki, Kenni Sayefin bu gün oyununda problemlər oldu. Özünü yaxşı tərəfdən göstərdi. Həmin mövqedə Azər Əliyev də var. O mövqeyə oyunçu düşünmürük.

Demişdiz ki, sağ cinah vingeri və hücumçu transfer edəcəksiz. Bu məsələlər nə yerdədir?

- Bəli, elədir. Danışıqlar yekunlaşmaq üzrədir. Bir neçə günə transferlər bitəcək.

Premyer Liqada bir ayı geridə qoyursuz. Gələcəklə bağlı hədəfləriniz, ümidiniz nəyədir?

- Düşünürəm ki, qarşıya qoyulan məqsədlərə çata bilərik. Artıq avrokuboklardan kənarıq. Daha çox vaxtımız var ki, daxili oyunlara kökıənək.

Həm "Səbail"lə oyunda, həm də "Qəbələ" ilə matçda oyunçularınız "fair-play"ə əməl etmədi. Bu, nədən irəli gəlir?

- Çox oyunçu bundan sui-istifadə edərək yerdə vaxt aparır. Hesab 0:0 olanda vaxt aparırlar. Amma hesabda 0:1 geriyə düşən kimi vəziyyət dəyişir, əksini görürük.

Ötən mövsüm Laurentsiu Regekampf da rumıniyalı futbolçu transfer etmirdi. Siz də həmyerlilərinizə ehtiyac duymursuz. Bunun səbəbi var?

- Gətirə bilməmişiksə, demək ki, xoşuma gələn olmayıb. Xoşuma gələnlərin də ya qiyməti yüksək olub, ya da müqavilələri var.

Qırmızı vərəqə alan Rza Cəfərov haqqında nə deyə bilərsiz?

- Gənc oyunçular barədə şərh vermək istəmirəm. Bundan qabaqkı matçda yaxşı oynadı. Bu gün etdiyi səhv onun üçün dərs olar, bundan nəticə çıxarar. Rza Azərbaycan üçün gələcəkdə yaxşı, perspektivli qapıçı ola bilər.

"Neftçi"yə baş məşqçi təyin olunduqdan sonra Rəhman Hacıyevə daha çox şans verirsiz, qollar vurur. Ondan gözləntiniz nədir?

- Çox yaxşı oyun nümayiş etdirir. Məşqlərdə də özünü yaxşı göstərir. Layiq olduğu üçün start heyətində oynadı. Öz performansı ilə buna layiq olduğunu göstərir. Ümid edirəm ki, bundan sonra daha da yaxşı oyun göstərəcək.