"Zirə"li Eldar Quliyev sonradan oyuna çıxıb, komandası uduzub
Ukraynanın 23 yaşadək futbolçulardan ibarət futbol komandası yaponiyalı həmyaşıdları ilə qarşılaşıblar.
Mediasport.az xəbər verir ki, görüş yaponların 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Xatırladaq ki, "Zirə"nin oyunçusu Eldar Quliyev 46-cı dəqiqə matça qoşulub və sona qədər mübarizə aparıb.