Abbaszadə het-trik etdi, "Traktor" əzmkar qələbə qazandı

Abbaszadə het-trik etdi, "Traktor" əzmkar qələbə qazandı

İran çempionatında 9-cu turun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” növbəti görüşünü doğma Təbrizdə keçirib.

“Naft MİS” komandasını qəbul edən cənublular ilk yarını qalib başa vursalar da, ikinci hissədə hesabda geri düşüblər. Lakin Məhəmməd Abbaszadənin qolları sayəsində əzmkar qələbə qazanaraq turnir cədvəlində 5-ci pilləyə yüksəliblər - 3:2.

“Traktor” 9 turdan sonra 14 xal toplayıb.