Yenə Rauf Əliyev... - VİDEO

Yenə Rauf Əliyev... - VİDEO

I Divizionda 7-ci turun görüşləri başa çatıb.

mediasport.az xəbər verir ki, şəriksiz lider "Araz Naxçıvan" hesab turunu da qələbə ilə başa vuraraq 7 oyuna maksimum xalı toplayıb.

Turun maraqlı matçlarından biri "Qaradağ Lökbatan" - "Kəpəz-2" oyunu olub. Qonaq komandada bir müddətdi əvəzedici heyətə göndərilən Rauf Əliyev bu qarşılaşmada da fərqlənərək gəncəlilərin mövsümdə ardıcıl, həm də ümumilikdə 2-ci qələbəsini rəsmiləşdirib.

Ötən tur "Mingəçevir" üzərində qələbəni (1:0) təmin edən milli komandamızın sabiq forvardı bu dəfə dubl edib.


I Divizion. 7-ci tur

MOİK - “Zirə-2” 1:2

Qollar: Emin Mehtiyev, 20 (p.) - Elmar Rəhimov, 13; Xəqani Sadıxov, 45+2 (p.).


“Mingəçevir” - “Sumqayıt-2” 1:1

Qollar: Vüsal İsmayılov, 8 - Cavid Quliyev, 21.


“Səbail-2” - “Şamaxı-2” 2:1

Qollar: Vidadi Cəfərov, 80 (p.); Xəyal Bədirov, 90+1 - Əli Əliyev, 4.


“Zaqatala” - “Qarabağ-2” 1:1

Qollar: Cəlal Cəbrayılov, 63 - Elmir Abbasov, 27.


“Neftçi-2” - “İmişli” 7:1

Qollar: Ağadadaş Salyanski, 22, 29; Vüsal Əsgərov, 35; Bahadur Quliyev, 43, 45; Aqşin Abazərov, 63; Elşad Tağıyev, 90 - Əli Tağızadə, 90+1.


“Araz Naxçıvan” - “Turan Tovuz-2” 2:1

Qollar: Faiq Hacıyev, 8 (ö.q.); Orxan Əliyev, 76 - Sadiq Şəfiyev, 40.


"Qaradağ Lökbatan" - "Kəpəz-2" 2:3

Qollar: Elnur Cəfərov, 5, 81 (pen) - Rauf Əliyev, 36, 69, Nemət Musayev, 38.