Seçimlərə sən də qatıl, gələcəyin ulduzu olmaq imkanı əldə et!

Seçimlərə sən də qatıl, gələcəyin ulduzu olmaq imkanı əldə et!

“Turan Tovuz” Futbol Akademiyası növbəti seçimlərinə başlayır.

Mediasport.az xəbər verir ki, seçimlər 9,10,11 iyul tarixlərində Tovuz şəhər stadionunda baş tutacaq və 2006, 2007, 2008-ci il təvəllüdlü futbolçuları əhatə edəcək.

Seçimlərdə iştirak etmək istəyən futbolçular öncədən qeydiyyatdan keçməlidirlər. Bunun üçün istəyənlər aşağıda göstərilən əlaqə nömrələrinə və ya email ünvanına adlarını, soyadlarını və doğum tarixlərini göndərməlidirlər. Seçimlərə gələrkən şəxsiyyət vəsiqəsi gətirilməlidir.

Tel: 055 255 44 32,  055 706 55 94, 050 626 91 99, Email: info@turantovuzpfk.az

9 iyul saat 16:00-da başlanacaq seçimlərə sən də qatıl, gələcəyin ulduzu olmaq imkanı əldə et!