İntizam Komitəsi Azərbaycan 1-ci Liqasının iki klubunu cərimələdi
AFFA İntizam Komitəsinin qərarına əsasən, Azərbaycan 1-ci Liqasının 2 klubu cərimələnib.
Mediasport.az xəbər verir ki, 1-ci Liqanın 2-ci turunun "Qaradağ Lökbatan" - "Qəbələ" oyununun 51-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 88 nömrəli futbolçusu Tunar Mütəllimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, "Qaradağ Lökbatan" 80 manat cərimə edilib (maddə 41).
Eyni zamanda, "Qaradağ Lökbatan" - "Qəbələ" oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə "Qaradağ Lökbatan" klubu 80 manat cərimə ödəməli olacaq. (maddə 73.1).
1-ci Liqanın 2-ci turunun digər matçı - "Difai" - "İmişli" oyununun matçöncəsi iclasında “İmişli” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İmişli” klubu 80 manat ziyana düşüb (maddə 73.1).