"Qəbələ" Konfrans Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərdi - SİYAHI

"Qəbələ" Konfrans Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərdi - SİYAHI

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Qəbələ" UEFA-ya iştirak ərizəsini göndərib.

MediaSport.az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev siyahıda 26 futbolçuya yer verib ki, onlar arasında yeni transferlər də var.

Bölgə təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və sabah ilk matç çərçivəsində Qəbələdə Kiprin "Omoniya" klubunu qəbul edəcək.

Qapıçılar: Rəşad Əzizli, Kristof Atanqana, Elməddin Sultanov, Həbib Hüşənov;

Müdafiəçilər: İlkin Qırtımov, Zurab Oçiqava, Lukas Afriko, Rauf Hüseynli, Nicat Əliyev, Xəyal Xudaverdiyev, Murad Musayev. Hüseyn Mürsəlov, Urfan Abbasov;

Yarımmüdafiəçilər: Ferras Abu Akal, Gilad Avramov, Əyyub Allaş, Asif Məmmədov, Mehrac Baxşalı, Bilel Auaşeriya, Ahmed Ayzaya;

Hücumçular; Emil Səfərov, Omar Hani, Ülvi İsgəndərov, Yaovi Akakpo, Sənan Ağalarov, Osama Xalayla.