Avropa Kuboku: "Sabah" Bakıda Belçika klubunu qəbul edir

 Avropa Kuboku: "Sabah" Bakıda Belçika klubunu qəbul edir

Bu gün "Sabah" basketbol klubu FİBA Avropa Kubokunda dördüncü oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, təmsilçimiz G qrupunda "Spiru" ilə üz-üzə gələcək.

Görüşü Zdenko Tomasoviç (Slovakiya), Tolqa Edis (Türkiyə) və Viktor Naqi (Macarıstan) idarə edəcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanın komissarı türkiyəli Mehmet Keseratar olacaq.

"Bayquşlar" qrupda keçirdiyi ilk matçda Belçikada "Spiru"ya (81:82), 2-ci turda "Marussi"yə (Yunanıstan, 70:82), 3-cü oyunda "Norrçöpinq Delfins"ə (İsveç) uduzub - 70:74.

Xatırladaq ki, "Sabah" - "Spiru" dueli 19:00-da start götürəcək və İTV vasitəsilə canlı yayımlanacaq.