AFFA-da konfrans: Rüfət Əmirov federasiyanın prezidenti seçilib
AFFA-nın inzibati binasında Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) VI hesabat-seçki konfransı keçirilib.
Mediasport.az xəbər verir ki, konfransı giriş sözü ilə AHFF-nin prezidenti Rüfət Əmirov açıb.
Konfrans iştirakçılarına keçən dövr ərzində görülən işlərlə bağlı video formatda hesabat təqdim edilib. Daha sonra AHFF-nin prezident vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilər keçirilib.
Rüfət Əmirov yenidən növbəti 5 il üçün qurumun prezidenti seçilib. Rəhim Əliyev (vitse-prezident), Altay Mehdiyev, Oqtay Abdullayev, Rüstəm Rəhimov, Rafiq Əsgərov və Fərhad Nağıyev isə İcraiyyə Komitəsinə üzv seçiliblər.
Konfransında AFFA-nın baş katibinin müavini Kamran Vəliyev də iştirak edib.