"Kəpəz" I Liqa klubunu seçdi

"Kəpəz" I Liqa klubunu seçdi

"Kəpəz" Azərbaycan Premyer Liqasında yaranmış fasiləni yoxlama oyunu keçirməklə dəyərləndirəcək.

Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi sentyabrın 8-də I Liqa klubu " Zaqatala" ilə münasibətləri aydınlaşdıracaq.

Gəncə şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti saat 17.00-da səslənəcək.