AFFA fikrini dəyişdi – Çempionatda 14 komanda mübarizə aparacaq

AFFA fikrini dəyişdi – Çempionatda 14 komanda mübarizə aparacaq

Azərbaycanda ilk dəfə keçiriləcək II Liqanın iştirakçılarının sayı dəyişdiriləcək.

MediaSport.az xəbər verir ki, bu barədə sportinfo.az saytına AFFA-dan məlumat daxil olub.

Federasiyadan verilən xəbərə görə, yarışa qatılacaq komandaların sayı 12-dən 14-ə çatdırılacaq. Bununla bağlı İcraiyyə Komitəsi (İK) qərar verəcək və onun növbəti toplantısı qarşıdakı günlərdə baş tutacaq. Dəyişikliyə səbəb quruma çoxsaylı müraciətlərin daxil olmasıdır.

Ötən mövsüm Region Liqasının finalında oynamış “Çinar” (Zəngilan), həmçinin “Göyəzən” kimi region komandaları II Liqada mübarizə aparmaq istədiklərini bildiriblər.