"Turan Tovuz"da 28 yaşlı məşqçi
Maxaçqala “Dinamo”sunun qapıçılarla işləyən məşqçisi Yevgeni Şetinen fəaliyyətini “Turan Tovuz”da davam etdirəcək.
Mediasport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
28 yaşlı məşqçi Maxaçqala klubunda ötən mövsümün əvvəlindən çalışıb.
Xatırladaq ki, “Turan Tovuz”a yeni mövsümdən son iş yeri Mahaçqala “Dinamo”su olan Kurban Berdiyev baş məşqçilik edəcək.