Argentina 36 ildən sonra Dünya çempionu oldu - YENİLƏNİB
Azarkeşlərin 4 il səbirsizliklə gözlədiyi, geridə qalan 1 ay ərzində böyük həvəs, sevgi və maraqla izlədiyi idman növlərinin şahı - futbol üzrə Dünya Kuboku yarışında, nəhayət, son mərhələyə çatdıq.
mediasport.az xəbər verir ki, Qətərdə keçirilən 22-ci mundiala bu gün oynanılacaq Argentina - Fransa finalı ilə yekun vuruldu.
Cari Dünya çempioları ilə bu titulu son dəfə 36 il əvvəl - 1986-cı ildə qazanmış cənubi amerikalıların qarşıdurmasını azarkeşlər nə qədər intizarla gözləsələr də, məhz bu matçla turnirin başa çatacağı tamaşaçıları məyus etməyə bilməz. Amma hər bir halda futbol bayramının həlledici görüşünə baxmağa dəyərdi.
İnanılmaz həyəcanla keçən 120 dəqiqə və penaltilər seriyasının sonunda qazanan tərəf Argentina oldu. Bu, cənubi amerikalıların 1986-cı ildən sonra ilk çempionluğudur. "Albiseleste" 1978 və 1986-cı illərdə mundialların qızıl medallarını qazanıb.
Dünya Kuboku-2022. Final
19:00 Argentina - Fransa 2:2 əsas vaxt, 1:1 əlavə vaxt
Qollar: Lionel Messi, 23-pen., 109, Anxel Di Mariya, 36 - Kilian Mbappe, 79, 81, 117-pen.
Penaltilər seriyası: 4:1
Baş hakim: Şimon Marçinyak (Polşa)
Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Listkeviç (hər ikisi Polşa)
Dördüncü hakim: İsmail Elfat (ABŞ)
VAR hakimi: Tomaş Kvyatkovski (Polşa)
"Lusail Aykonik" stadionu, Lusail.
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Enso Fernandes, Aleksis Makkallister, Lionel Messi (k), Xulian Alvares.
Fransa: Uqo Lloris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Hernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.